"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Elmi Səfərəliyev: “Kommunal Təsərrüffatı istehsalat Birliyi bələdiyyələrə birləşdirilərsə bizim üçün bu çox effektli olardı”

--2017-08-02 / 09:14

Belediyye.infonun suallarını Yevlax bələdiyyəsinin sədri Elmi Səfərəliyev cavablandırır. Bələdiyyə sədrinin suallara təqdim etdiyi dolğun cavabları oxucularımızın diqqətinə:

- Bu gün Yevlax bələdiyyəsinin maliyyə imkanlarının artırılması üçün hansı addımları atırsınız?

- Bu gün bələdiyyələrin fəaliyyətinin səmərəli təşkili, bələdiyyənin perspektivi büdcənin effektivliyi əsasında təmin olunur. Bu baxımdan bələdiyyə üzvlərimiz müstəqil gəlir yolları axtarır, qanunvericiliyin verdiyi imkanlardan maksimum istifadə etməyə çalışır.

Bu günkü qanunvericilik, iqtisadi vəziyyət, bələdiyyələrə dövlət qayğısı mövcud problemlərin bələdiyyələr tərəfindən müstəqil həll edilməsi üçün geniş şərait yaradır.

Bələdiyyə büdcəsinin formalaşmasında əsas amillərdən biri olan əmlak vergisinin toplanmasında yaranan problemlər həlli müşkülə çevirilmiş məsələlərdəndir. əksər vergi ödəyicmilərinin bu sahədə az bilgisinin olması əmlak vergisinin normal qaydada yığılmasına imkan vermir. əgər fiziki şəxslərin əmlak vergisi tam şəkildə bələdiyyə büdcəsinə yığılarsa, onda bələdiyyələr öz ərazilərində hazırladıqları iş planını tam şəkildə həyata keçirə bilərlər. Bu sahədə maariflənməyə çox böyük ehtiyac vardır. Bələdiyyə sakinləri bələdiyyənin gördüyü işlərdən xəbər tutsa da onun iş prinsipi haqqında  elə də məlumatı yoxdur. əslində sakin öz bələdiyyəsini yaradır. Elə ona görə də yaranmış problemi sakinlərin iştirakı ilə həll etmək mümkündür. Burada bir vacib məsələ də var. Sakin bilməlidir ki,  problemin aradan qaldırılması üçün vəsait lazımdır. Bu vəsait isə qanunvericiliyə uyğun olaraq bələdiyyə sakinlərinin ödəyəcəyi  torpaq və əmlak vergisi ilə formalaşır. Odur ki, hər bir sakin ilk növbədə öz öhdəliyini yerinə yetirməlidir. Biz çalışırıq ki, maarifləndirmə prossesi daha çox həyata keçirilsin.

- Belə olan halda əlavə olaraq hansı maliyyə istiqamətini bələdiyyənin səlahiyyətinə verilməsini təklif edərdiniz?

-Mənzil istismar Sahələri, Kommunal Təsərrüffatı istehsalat Birliyi  bələdiyyə ilə birləşdirilərsə bu çox effektli olardı. Bundan başqa   müxtəlif bəhanələrlə vergini ödəməkdən yayınan vergi ödəyicilərinə borcların ödətdirilməsi üçün qanunvericilik qaydasında təsir mexanizmlərinin hazırlanaraq qanunlara əlavə ediləmisini də təklif olaraq irəli sürmək olar.

- Öyrənmək istərdik altı  ay ərzində əldə etdiyiniz maliyyə vəsaiti Sizi qane etdimi?

-Fəaliyyətimizdə vətəndaşların təklif, ərizə və şikayətlərinə baxılması, onların qəbulu, əhali tərəfindən qaldırılan problemlərin qanun çərçivəsinə müvafiq həlli yollarının müəyyənləşdirilməsi və icrasının təmin edilməsinə  Yevlax bələdiyyəsi diqqətlə yanaşır. Bələdiyəmizin fəaliyyətində əsas məsələ sosial-iqtisadi problemlərin həlli məsələsidir. Elə bu səbəbdəndir ki, bələdiyyə ərazisində əhali ilə mütəmadi olaraq görüşlər keçiririk. Ağsaqqallar və ziyalılarla ictimai dinləmələr təşkil edirik. Seçicilər  tərəfindən qaldırılan məsələlərin həlli üçün bələdiyyə büdcəsinin formalaşmasına xüsusi diqqət yetiririk.

2017-ci ilin 6 ayı ərzində  bələdiyyə üzrə ümumilikdə  15  iclas keçirilmiş, 77 qərar qəbul edilmişdir.   Nəzərinizə çatdırıram ki, 01.01-2017-ci il tarixə bank qalığı  95,21 manat, kassa qalığı isə 293,14 manat – cəmi 388,35 manat qalmışdır.

2017-ci ilin 6 ayı ərzində bələdiyyə büdcəsinə  fiziki şəxslərin torpaq vergisindən 693,0 manat, əmlak vergisindən 5351,0 manat, torpaq icarə haqqından 1722,06 manat, avtodayanacaqdan 585,0 manat, reklamdan 6680,0 manat, torpaqların alqı-satqısından 61.414,50 manat daxil olmuşdur. Yəni büdcənin mədaxil hissəsi  ümumilikdə  76445,56 manat olmuşdur.

2017-ci ilin 6 ayı ərzində büdcəmizin məxaric hissəsi  manat 76577,02 manat olmuşdur. Belə ki, əmək haqqının ödənilməsinə 30750,24  manat, 11 saylı əVi-nə 665,0 manat,  DSMF-na 2900,0 manat, maddi yardıma 1300,0 manat, ezamiyyə xərcinə 142,0 manat, Silahlı Qüvvələrin yardım Fonduna 96,0 manat, AşBMA-na 400,0 manat, “Azərişığ”a 1000 manat, Telekommunikasiyaya 395,0 manat, abunə haqqının ödənilməsinə 400,0 manat, reyestr xidmətinə 6924,90 manat, hərrac təşkilatına  1.813 manat, abadlıq işlərinin aparılmasına 27.859,60 manat, dəftərxana xərcinə 462,40 manat, təsərrüffat xərcinə 499,0 manat, poçt xərcinə 9,70 manat, geri qaytarılıb 100,0 manat,  xidmət haqqına 859 manat xərclənmişdir.          01.07-2017-ci il tarixə 238,90 manat bank qalığı, 17,99 manat isə kassa qalığı olaraq – cəmi 256,89 manat qalmışdır.

Hesab etmək olar ki, 2017-ci ilin 6 ayı ərzində bələdiyyə büdcəsindən duzgün istifadə edilmişdir.

Belediyye.info

ŞƏRHLƏR